Növbəti Qaç-Qazan Müsabiqəsi!

İlk dəfədən Gəncə əhalisinin böyük marağına səbəb olan Qaç-Qazan müsabiqəsi 10-cu dəfə 28 Yanvar, 19:00-da keçiriləcəkdir. 

Siz də 1000 AZN-lik alış-veriş uduşunu qaçırmaq istəmirsiniszə, 27 Yanvar, 22:00-a kimi şəxsiyyəti təsdiq edən istənilən sənədlə Gəncə Mall-a gələrək qeydiyyatdan keçə bilərsiniz. 

Ətraflı məlumat üçün 022 267 08 21 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır.  Əlaqə nömrəsi: 022 267 08 21 

Qeyd edək ki Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur! Müsabiqə ilə daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz: http://ganjamall.az/az/news/38  

Ötən müsabiqələrdən görüntülər: https://www.youtube.com/channel/UCMBSGLxL4i05qmYeabHebdA

Ötən müsabiqələr barədə ətraflı məlumat: http://ganjamall.az/az/news?page=1