2-ci Qaç-Qazan Müsabiqəsinin Qalibi Məlum Oldu!

11 İyun tarixində keçirilən Qaç-Qazan müsabiqəsinin qalibi Nursultan Ziyadov oldu. Nursultan, Qaç-Qazan müsabiqəsində OVS, Greyder, Bravo Supermarket, De Facto , Poppy Gallery, Acoola Kids, Karaca Home və Libraff mağazalarından bir qucaq hədiyyə qazandı.

Qaç-Qazan müsabiqəsinin digər 3 iştirakçısı isə Mini Gənclənd, Cinema Plus, New Yorker, Bravo Supermarket, Golden Rose – dan hədiyyələrə layiq görüldülər. İştirakçı olmayan, Qaç-Qazan müsabiqəsini izləyicilərlə keçirilən sual-cavab müsabiqəsinin qalibləri isə KFC restoranı və Möcüzə yağlarından hədiyyələr qazandılar.

Aparıcıların geyimlərinə görə New Yorker mağazasına, makiyaj dəstəyinə görə isə Golden Rose-a minnətdarlığımızı bildiririk.

Növbəti Qaç Qazan müsabiqəsi 2 İyul, 19:00-da keçiriləcəkdir. Hər birinizi iştirakçı olmağa dəvət edirik! Siz də 1000 AZN-lik alış-veriş uduşunu qaçırmaq istəmirsiniszə, 1 İyul, 22:00-a kimi Gəncə Mall-a gələrək qeydiyyatdan keçə bilərsiniz.  

Qeyd edək ki Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur!

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul, qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır.

İlk müsabiqədən görüntüləri növbəti keçiddə izləyə bilərsiniz: http://ganjamall.az/az/news/4

Müsabiqə ilə daha ətraflı məlumatla isə keçiddən tanış ola bilərsiniz: http://ganjamall.az/az/news/38