3-cü Qaç-Qazan Müsabiqəsinin Qalibi!


2 İyul tarixində keçirilən üçüncü Qaç-Qazan müsabiqəsinin qalibi Mehman Tağızadə oldu. Mehman Qaç-Qazan müsabiqəsində McDonlads, Bravo Supermarket, Coffeemania, Six, Flo, Süvari, Bebetto, Colin's, Damat’s, Kontakt Home mağazalarından bir qucaq hədiyyə qazandı.

Qaç-Qazan müsabiqəsinin digər 3 iştirakçısı Go Sport, Cinema Plus, De Facto– dan hədiyyələrə layiq görüldülər. Qaç-Qazan müsabiqəsinin izləyiciləri ilə keçirilən Sual-Cavab müsabiqəsinin qalibləri isə  McDonalds restoranı və Kalinka yağlarından hədiyyələr qazandılar.

Aparıcılarımız Qəmər və Elgünün geyimlərinə görə LC Waikiki mağazasına, makiyaj dəstəyinə görə isə Sabina Parfümeriya və Kosmetika mağazasına minnətdarlığımızı bildiririk. 

Növbəti Qaç Qazan müsabiqəsi 6  Avqust, 19:00-da keçiriləcəkdir. Hər birinizi iştirakçı olmağa dəvət edirik! Siz də 1000 AZN -lik alış-veriş uduşunu qaçırmaq istəmirsiniszə, 5 Avqust, 22:00-a kimi Gəncə Mall-a gələrək qeydiyyatdan keçə bilərsiniz.

Bildirmək istərdik ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur!

 Əlaqə nömrəsi: 022 267 08 21

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul, qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz: http://ganjamall.az/az/news/38