7-ci Qaç-Qazan Müsabiqəsinin Qalibi Məlum Oldu!

29 Oktyabr tarixində keçirilən 7-ci Qaç-Qazan müsabiqəsinin qalibi Nicat Musazadə oldu. Nicat bəy, Qaç-Qazan müsabiqəsində Toys Shop, JYSK, Decoria, OVS, Karaca Toss, Original Marines, Madame Coco, DeFacto, NewYorker, D'S Damat-dan dan bir qucaq hədiyyə qazandı. 

Qaç-Qazan müsabiqəsinin digər 3 iştirakçısı isə NewYorker, Mini Gəncland və CinemaPlus-dan hədiyyələrə layiq görüldülər. Eyni zamanda, Qaç-Qazan müsabiqəsinin izləyiciləri ilə keçirilən Sual-Cavab müsabiqəsinin qalibləri Coffeemania və KFC-dən hədiyyələr qazandılar.

Aparıcılarımızın geyimlərinə görə NewYorker mağazasına minnətdarlığımızı bildiririk. 

Bildirmək istərdik ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur!

 Əlaqə nömrəsi: 022 267 08 21

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 AZN dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul, qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır.

Qeyd edək ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur! Müsabiqə ilə daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz:

 http://ganjamall.az/az/news/38  

Ötən müsabiqələrdən görüntülər: 

https://youtu.be/J65LUOXP22s