“El Royal Otelində Keçən Pis Günlər” Filmi Gəncə Mall-da

Gəncə Mall Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 11 Oktyabrdan etibarən “El Royal Otelində Keçən Pis Günlər” filmini Gəncə Mall-da izləyə bilərsiniz. Bir-birindən xəbərsiz 7 fərqli şəxs fərqli hekayələri ilə yola çı... read more
Gəncə Mall Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 11 Oktyabrdan etibarən “El Royal Otelində Keçən Pis Günlər” filmini Gəncə Mall-da izləyə bilərsiniz. Bir-birindən xəbərsiz 7 fərqli şəxs fərqli hekayələri ilə yola çıxır. Ən sonda hamısı Tahoe gölündəki El Royale otelində bir araya gəlirlər. Hamısının bir-birindən gizlədiyi və keçmişdə saxlamaq istədikləri önəmli sirləri var. Bu gəcə nəhayət hər şeyin sonudur və onların keçmişlərilə üzləşərək özlərini xilas etmək üçün son şanslarıdır. Keçmişin ağrılarına baxmayaraq bunu bacara biləcəklərmi? Drew Goddard-ın rejissoru olduğu filmdə ilə Chris Hemsworth, Jeff Bridges, Dakota Johnson, Jon Hamm kimi adlar rol almışdır. Filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Gəncə Mall-a buyura bilərsiniz.