Bumblebee Filminin Premyerası

Gəncə Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 13 dekabrdan etibarən "Bumblebee” filmini Gəncə Mall Cinema-da izləyə bilərsiniz. Qoşulduğu aksiyonlu hadisələrə görə ciddi yaralar a... read more
Gəncə Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 13 dekabrdan etibarən "Bumblebee” filmini Gəncə Mall Cinema-da izləyə bilərsiniz. Qoşulduğu aksiyonlu hadisələrə görə ciddi yaralar alan Transformerslərin ən sevimli robotlarından olan Bumblebee hər şeydən kənara çəkilmişdir. Hökümət tərəfindən ən çox axtarılanlar siyahısında yer alan Bumblebee, geri qalan ömrünü Kaliforniyayada yer alan sakit qəsəbədə yaşamağı seçir. O, orada diqqət çəkmədiyindən istədiyinə nail olur, lakin Charlie-nin diqqətindən qaça bilmir. Bumblebee-nin halını görüb ona yazığı gələn yeniyetmə qız onu təmir etmək üçün əlindən gedəni edəcəktir. Hələki Charlie, Bumblebee-nin robot olduğundan xəbərsizdir və o, bunu öyrənəndə çox təəccüblənəcək. Filmdə Hailee Steinfeld, John Cena, Martin Short kimi aktyorlar yer almışdır. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Gəncə Mall-a buyura bilərsiniz.