“Qəfil Gələn Eşq” Filminin Premyerası

Gəncə Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 7 Mart-dan etibarən "“Qəfil Gələn Eşq” ” filmini Gəncə Mall Cinema-da izləyə bilərsiniz. Həyatının sevgisi ilə bir gün qovuşacağına i... read more
Gəncə Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 7 Mart-dan etibarən "“Qəfil Gələn Eşq” ” filmini Gəncə Mall Cinema-da izləyə bilərsiniz. Həyatının sevgisi ilə bir gün qovuşacağına inan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daim özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arazla (Ces Molho) rastlaşır və ona aşiq olur. Arazla Su arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Araz problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Gəncə Mall-a buyurun!