Gözəlliyin Portreti

Gəncə Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək "Gözəlliyin Portreti" filmini 12 Dekabrdan etibarən Gəncə Mall Cinema-da izləyə bilərlər. Nisan, illərdir görüşmədiyi atası haqqında vacib xəbər eşidən... read more
Gəncə Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək "Gözəlliyin Portreti" filmini 12 Dekabrdan etibarən Gəncə Mall Cinema-da izləyə bilərlər. Nisan, illərdir görüşmədiyi atası haqqında vacib xəbər eşidən kimi qızı və həyat yoldaşı ilə birgə onun evinə yollanır. İllərdir tərk etdiyi bu malikanədə qəribə hadisələr baş verir. Atası ilə bağlı müəmmaya aydınlıq gətirməyə çalışan polis tərəfindən sorğu-sual olunarkən uzaqlaşmağa can atdığı keçmişi ilə üzləşən Nisanın qaçmağa heç bir yeri qalmayıb. Malikanədə nələr baş verir? Atasının şah rəsm əsərindəki qadınla bağlı müəmma nədən ibarətdir? Keçmişin kabusu ilə bir daha üzləşən Nisan müəmmalara mümkün qədər tez aydınlıq gətirməlidir ki, ailəsini və özünü xilas edə bilsin. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Gəncə Mall-a buyura bilərsiniz.