Karakomik Filmler 2

Gəncə Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək "Karakomik filmler 2" filmini 16 Yanvardan etibarən Gəncə Mall Cinema-da izləyə bilərlər. Ssenaristi və rejissoru Cem Yılmaz olan "Karakomik filmler" s... read more
Gəncə Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək "Karakomik filmler 2" filmini 16 Yanvardan etibarən Gəncə Mall Cinema-da izləyə bilərlər. Ssenaristi və rejissoru Cem Yılmaz olan "Karakomik filmler" silsiləsinin davam filmi olan "Karakomik filmler 2" "Deli" və "Emanet" adında iki filmdən ibarətdir. "Deli" ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir. "Emanet" isə istedad müsabiqələrinə qatılıb bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Gəncə Mall-a buyura bilərsiniz.