Gəncə Mall-da Novruz Tədbirləri!

Novruz Bayramı ərəfəsində Gəncə Mall-da da əsl bahar abu-havası yaşanır. Bu günlərdə Gəncə Mall-a gələn hər bir kəs bayram əhvalını hiss edəcək!

7 gün ərzində təşkil olunacaq tədbirlər hər gün müxtəlif müsabiqələr, performans və şoular ilə ticarət mərkəzinin ziyarətçilərini daima həyəcan və maraqda saxlayacaq. 

Tədbirlər 20 və 21 Mart-da saat 15:00-dan 18:00-a qədər, 22, 23, 24, 25 və 26 Mart tarixlərində isə 17:00-dan 20:00-a qədər davam edəcək.

Gəncə Mall-a gəlin Novruzu yaxınlarınızla daha da əyləncəli keçirin!

Giriş Pulsuzdur