İlk Qaç-Qazan Müsabiqəsinin Qalibi Məlum Oldu!

Nəhayət ilk Qaç-Qazan müsabiqəsinin qalibi məlum oldu!  Qurbanov Orxan 25 dəqiqə ərzində alış-verişi ona təqdim edilən siyahıya uyğun tamamlayaraq  qalib oldu. Orxan, Original Marines, NewYorker, Madame Coco, Karaca Toss, Go Sport, Hamilton, Sabina Parfümeriya və Kosmetika, Parfois mağazalarından əldə etdiyi hədiyyələri evə apardı. Digər 3 iştirakçının hər birinə isə Cinema Plus, Sabina Parfümeriya və Kosmetika, Flo mağazalarından xüsusi hədiyyələr təqdim olundu.

Qaç-Qazan müsabiqəsi zamanı qrim dəstəyinə görə Sabina Parfümeriya  və Kosmetika-ya , aparıcıların geyimlərinə görə OVS və Defacto-ya, texniki dəstəyə görə Kontakt Home-a, həvəsləndirici hədiyyələrə görə isə Cinema Plus, Flo və Sabina Parfümeriya və Kosmetika mağazalarına təşəkkür edirik!


Növbəti Qaç Qazan müsabiqəsi 11 İyun, 19:00-da keçiriləcəkdir. Hər birinizi iştirakçı olmağa dəvət edirik! Siz də 1000 AZN-lik uduş şansını qaçırmaq istəmirsiniszə, 10 İyun, 22:00-a kimi Gəncə Mall-a gələrək qeydiyyatdan keçə bilərsiniz.

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır. Müsabiqə ilə daha ətraflı məlumatla keçiddən tanış ola  bilərsiniz: http://ganjamall.az/az/news/38

Müsabiqə ilə bağlı tez-tez soruşulan sualların cavablarını isə bu keçiddən əldə edə bilərsiniz http://ganjamall.az/az/news/39