“Black Friday” həyəcanı Gəncə Mall-da!

Bütün dünyanın səbirsizliklə gözlədiyi “Black Friday” həyəcanı Gəncə Mall-da!

İlin ən böyük endirimlərinin alıcılarla görüşdüyü möhtəşəm günə çox az qaldı. 29 Noyabrda baş tutacaq olan “Black Friday” alış-veriş festivalı ilə əksər mağazalar qiymətlərə 50%-ə qədər endirim tətbiq edəcək.

Şoppinq həvəskarlarının böyük maraqla gözlədiyi bu böyük endirimlərdən yararlanaraq qarderobunuzu yeniləyə, yeni qış kolleksiyalarına aid dəbli geyimlərlə gözoxşayan görünüşə sahib ola bilərsiniz. “Black Friday” qış endirimlərinə bir ay qalmış gələrək sizə həm də iki qat qənaət etməyiniz üçün şərait yaradacaq!

Nəzərinizə çatdırmaq istəyirik ki, 29 Noyabr tarixində ticarət mərkəzi 22:00-a qədər yox, 00:00-a qədər xidmət göstərəcək.

Unutmayın, 29 Noyabrda Gəncə Mall-da görüşürük!