“Gəncə Mall-da Xərclə və Qazan!”

Gəncə Mall-da “XƏRCLƏ VƏ QAZAN”  TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ əsas mükafatı möhtəşəm Hyundai Venue avtomobili öz şanslı qalibini tapdı.

30 yanvar tarixində Gəncə Mall-da 25 sentyabr 2022-ci il tarixindən etibarən start götürən “XƏRCLƏ VƏ QAZAN”  TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ sonuncu tirajı keçirilib. 

İlk 3 tirajda oynanılan “Apple iPhone 13 Pro mobil telefonları, Porodo Lifestyle skuterləri və  “Apple Airpods Pro” qulaqcıqlarının ardından,  keçirilən sonuncu tirajda lotereyanın əsas mükafatı olan Hyundai Venue avtomobili oynanılıb. Avtomobilin şanslı qalibi Tovuz  rayon sakini Quliyev Azər Əlixan oğlu olub. Tiraj zamanı auditoriyada qonaq qismində iştirak edən qalibin övladı səhnəyə çağrılaraq qalib olan atası ilə canlı yayınla  telefon vasitəsilə əlaqə saxlanmışdır. Lotereyanın şərtlərinə uyğun olaraq bütün sənəd və qəbzlər yoxlandıqdan sonra avtomobilin açarları qalibə təqdim edilib. 

Qeyd edək ki, daima qonaqlarını müxtəlif endirim və kampaniyalarla sevindirən Gəncə Mall ötən ildən etibarən hər həftəsonu təşkil etdiyi əyləncəli həftəsonu proqramları ilə Gəncə və ətraf bölgə sakinlərinin əvəzedilməz alış-veriş və əyləncə mərkəzinə çevrilmişdir. Siz də Gəncə Mall -da keçirilən bütün xəbər və kampaniyalardan xəbərdar olmaq üçün Gəncə Mall-un aşağıda qeyd edilən İnstagram və Facebook səhifələrini izləməyə dəvətlisiniz.