Gəncə Mall-da həftəsonu tədbirləri

Gəncə və ətraf bölgə sakinlərinin sevimli əyləncə və alış-veriş məkanı olan Gəncə Mall qonaqlarını sevindirməyə davam edir!

Daima qonaqlarını müxtəlif endirim və kampaniyalarla sevindirən Gəncə Mall yay aylarından etibarən “Əsl həftəsonu əyləncəsi Gəncə Mall-da yaşanır!” sloqanı ilə start götürən həftəsonu tədbirləri böyük maraqla qarşılanır.

 Müxtəliq musiqi alətlərində ifa edən musiqiçilər, canlı ifalar, eləcə də uşaqların sevimli  cizgi filmi qəhrəmanları, müxtəlif fokus və oyunlar Gəncə Mall-da sevinc dolu canlı atmosfer yaradır.

Həm uşaqlar, həm də böyüklər tərəfindən böyük sevinclə qarşılanan həftəsonu tədbirləri qonaqlardan çox pozitiv geridönüşlər alır. 

Onu da qeyd edək ki, Gəncə Mall bölgədə incəsənətin təbliğinə töhvə vermək məqsədilə Gəncə Kukla teatrı ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq Gəncə Mall-da Gəncə Dövlət Kukla teatrının “Çəkməli pişik”, “Bremen musiqiçiləri” və digər tamaşaları nümayiş etdirilmişdir.