GƏNCƏ MALL-DA XƏRCLƏ VƏ QAZAN

“GƏNCƏ MALL-DA XƏRCLƏ VƏ QAZAN” tirajlı stimullaşdırıcı lotereyasının şərtləri və qaydaları:
 

                                                              

 

“GƏNCƏ MALL-DA XƏRCLƏ VƏ QAZAN” tirajlı stimullaşdırıcı lotereyasının şərtləri və qaydaları:

Lotereya 21 oktyabr 2024-cü il – 23 yanvar 2025-cü il tarixləri ərzində Azərbaycan Respublikası Gəncə şəhərində yerləşən “Gəncə Mall” Ticarət Mərkəzində nağd və ya nağdsız qaydada alış-veriş etməklə həyata keçiriləcəkdir.

Ümumi qaydalar:

  • “Gəncə Mall” Ticarət Mərkəzindən (hədiyyə kartları ilə edilən alış-verişlər istisna olmaqla) nağd və ya nağdsız şəkildə bir gün ərzində edilən hər 30 AZN-lik alış-verişə görə lotereyada yalnız 1 dəfə iştirak hüququ verən 1 ədəd lotereya bileti veriləcəkdir.
  • Yalnız eyni gün ərzində edilən 30 AZN-lik alış-veriş üçün lotereya bileti əldə edilə bilər. Şəxs Gəncə Mall Ticarət Mərkəzində yerləşən hər hansı mağazadan mal və xidmət (restoran xidməti və s.) aldığı zaman aldığı məhsulların içərisində tütün məhsulları və spirtli içkilər olarsa, bu zaman həmin məhsulların qiyməti 30 AZN-lik alış-verişin içərisində nəzərə alınmayacaq.
  • İştirakçı “Gəncə Mall” Ticarət Mərkəzinin müştəri xidməti masasına alış-veriş qəbzini və şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək lotereya bileti əldə edəcəkdir.
  • Yaşı 18-dən aşağı olanlar, “PASHA Malls” MMC-nin işçiləri və o cümlədən də, onların işçiləri, “Gəncə Mall” Ticarət Mərkəzinin mühafizəçiləri, təmizlik və texniki işçiləri bu tirajlı stimullaşdırıcı lotereyada iştirak edə bilməzlər.
  • Tirajlı stimullaşdırıcı lotereyanın iştirakçısı 18 yaş və daha yuxarı yaşda Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  • Təşkilatçı tərəfindən lotereya iştirakçısına uduşun ödənilməsi zamanı lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənəd və lotereya biletinin uduşlu olması yoxlanılmalıdır.
  • Aldığı məhsulu geri qaytaran iştirakçı lotereyada iştirak hüququnu itirmiş olur və ona verilmiş lotereya bileti etibarsız hesab olunur.

Uduş fondu haqqında məlumat:

  • Lotereyanın uduş fondu 26 yanvar 2024-cü il, saat 15:00-da “Gəncə Mall” Ticarət Mərkəzində oynanılacaqdır.
  • Tirajli stimullaşdırıcı lotereya kampaniyasının nəticələrini elan olunması tədbirində ilk olaraq udulacaq əşyanın adı çəkiləcək və lototrondan çıxan nömrə ilə uyğun lotoreya bileti həmin əşyanı udmuş sayılacaq.
  • Uduşların verilməsi üçün uduşlu lotereya biletinin, alış-veriş qəbzlərinin möhürlənmiş orijinal versiyası və şəxsiyyət vəsiqələrinin surətinin qəbulu lotereya təşkilatçısı tərəfindən onun yerləşdiyi ünvanda – Gəncə Mall Ticarət Mərkəzində həmin tirajın uduş fondu oynanıldığı tarixdən etibarən 7 iş günü sonra başlayır və 90 (doxsan) iş günü ərzində davam edəcəkdir. Uduşlu lotereya biletləri qəbul olunduqdan sonra, uduşlar 7 iş günü ərzində sahibinə təqdim olunacaqdır.
  • Qalib şəxs hədiyyəsini əldə etmək üçün əldə etmiş olduğu möhürlü alış-veriş qəbzini, lotereya biletinin bir hissəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidir.
  • Lotereya təşkilatçısı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə qalib şəxlərin lotereya iştirakçısının adı və soyadı haqqında məlumatları istifadə edə bilər.
  • Lotereya təşkilatçısı qalibin və ya onun müşayiət edən şəxslərin fərdi məlumatlarından, şəkilləri, adları, videoları və s. məlumatlarından reklam, promosiya məqsədləri üçün və o cümlədən digər məlumatların hər hansı media vasitəsilə, sosial mediada və digər reklam kanalları ilə onlardan yazılı qaydada icazə alındığı təqdirdə istifadə edə bilərlər.
  • İştirakçılara uduşların pul ekvivalenti ödənilmir.
  • Qaliblər öz uduşlarını digər üçüncü şəxsə ötürə bilməzlər. ƏDV vergisi istisna olmaqla, uduşla bağlı bütün digər vergilər və qanuni öhdəliklər qaliblərə məxsusdur.

Lotereyanın uduş fondu aşağıdakı kimi müəyyən edilmişdir:

  • 1 (bir) ədəd “Dongfeng Shine GS Premium+” markalı avtomobil
  • 1 (bir) ədəd “iPhone 15 256GB” markalı smartfon
  • 3 (üç) ədəd “Samsung Galaxy S24 (SM-S921B) 8/256GB” markalı smartfon
  • 3 (üç) ədəd “Xiaomi Redmi NOTE 13 6/128GB” markalı smartfon
  • 5 (beş) ədəd “Xiaomi Redmi BudS 5 / BHR7627GL” markalı naqilsiz qulaqcıq
  • 3 (üç) ədəd “Xiaomi Smart Band 8 / BHR7165GL” markalı ağıllı saat
  • 3 (üç) ədəd “Samsung UE65DU8000UXRU” markalı televizor
  • 1 (bir) ədəd “LG F2J3HS0W” markalı paltaryuyan maşın
  • 1 (bir) ədəd “LG GR-C639HLCL” markalı soyuducu
  • 1 (bir) ədəd “Samsung VC24LVNJGBB/EV” markalı tozsoran

Tirajlı stimullaşdırıcı lotereyada uduşlu biletləri haqqında ətraflı məlumat “Gəncə Mall” Ticarət Mərkəzinin instagram səhifəsi (mallganja_official) və rəsmi veb saytında (www.ganjamall.az) elan ediləcəkdir.

Lotoreyanın qaydaları ilə buradan tanış ola bilərsiniz.

Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+994) 22 267 08 21