GƏNCƏ MALL-DA XƏRCLƏ VƏ QAZAN Lotereya kampaniyası

 

“GƏNCƏ MALL-DA XƏRCLƏ VƏ QAZAN” tirajlı stimullaşdırıcı lotereyasının şərtləri və qaydaları:

Lotereya 20 oktyabr 2025-ci il – 25 yanvar 2026-ci il tarixləri ərzində Azərbaycan Respublikası Gəncə şəhərində yerləşən “Gəncə Mall” Ticarət Mərkəzində nağd və ya nağdsız qaydada alış-veriş etməklə həyata keçiriləcəkdir.

Ümumi qaydalar:

“Gəncə Mall” Ticarət Mərkəzindən (hədiyyə kartları ilə edilən alış-verişlər istisna olmaqla) nağd və ya nağdsız şəkildə bir gün ərzində edilən hər 30 AZN-lik alış-verişə görə lotereyada yalnız 1 dəfə iştirak hüququ verən 1 ədəd lotereya bileti veriləcəkdir.

Yalnız eyni gün ərzində edilən 30 AZN-lik alış-veriş üçün lotereya bileti əldə edilə bilər. Şəxs Gəncə Mall Ticarət Mərkəzində yerləşən hər hansı mağazadan mal və xidmət (restoran xidməti və s.) aldığı zaman aldığı məhsulların içərisində tütün məhsulları və spirtli içkilər olarsa, bu zaman həmin məhsulların qiyməti 30 AZN-lik alış-verişin içərisində nəzərə alınmayacaq.

İştirakçı “Gəncə Mall” Ticarət Mərkəzinin müştəri xidməti masasına alış-veriş qəbzini və şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək lotereya bileti əldə edəcəkdir.

Yaşı 18-dən aşağı olanlar, “PASHA Malls” MMC-nin işçiləri və o cümlədən də, onların işçiləri, “Gəncə Mall” Ticarət Mərkəzinin mühafizəçiləri, təmizlik və texniki işçiləri bu tirajlı stimullaşdırıcı lotereyada iştirak edə bilməzlər.

Tirajlı stimullaşdırıcı lotereyanın iştirakçısı 18 yaş və daha yuxarı yaşda Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

Təşkilatçı tərəfindən lotereya iştirakçısına uduşun ödənilməsi zamanı lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənəd və lotereya biletinin uduşlu olması yoxlanılmalıdır.

Aldığı məhsulu geri qaytaran iştirakçı lotereyada iştirak hüququnu itirmiş olur və ona verilmiş lotereya bileti etibarsız hesab olunur.

Uduş fondunun oynanılması haqqında məlumat:

I tiraj – 25 noyabr 2025

II tiraj – 25 yanvar 2026

Tirajlı stimullaşdırıcı lotereya kampaniyasının nəticələrini elan olunması tədbirində ilk olaraq udulacaq əşyanın adı çəkiləcək və lototrondan çıxan nömrə ilə uyğun lotoreya bileti həmin əşyanı udmuş sayılacaq.

Uduşların verilməsi üçün uduşlu lotereya biletinin, alış-veriş qəbzlərinin möhürlənmiş orijinal versiyası və şəxsiyyət vəsiqələrinin surətinin qəbulu lotereya təşkilatçısı tərəfindən onun yerləşdiyi ünvanda – Gəncə Mall Ticarət Mərkəzində həmin tirajın uduş fondu oynanıldığı tarixdən etibarən 7 iş günü sonra başlayır və 90 (doxsan) iş günü ərzində davam edəcəkdir. Uduşlu lotereya biletləri qəbul olunduqdan sonra, uduşlar 7 iş günü ərzində sahibinə təqdim olunacaqdır.

Qalib şəxs hədiyyəsini əldə etmək üçün əldə etmiş olduğu möhürlü alış-veriş qəbzini, lotereya biletinin bir hissəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidir.

Lotereya təşkilatçısı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə qalib şəxlərin lotereya iştirakçısının adı və soyadı haqqında məlumatları istifadə edə bilər.

Lotereya təşkilatçısı qalibin və ya onun müşayiət edən şəxslərin fərdi məlumatlarından, şəkilləri, adları, videoları və s. məlumatlardan reklam, promosiya məqsədləri üçün və o cümlədən digər məlumatların hər hansı media vasitəsilə, sosial mediada və digər reklam kanalları ilə onlardan yazılı qaydada icazə alındığı təqdirdə istifadə edə bilərlər.

İştirakçılara uduşların pul ekvivalenti ödənilmir. Qaliblər öz uduşlarını digər üçüncü şəxsə ötürə bilməzlər. ƏDV vergisi istisna olmaqla, uduşla bağlı bütün digər vergilər və qanuni öhdəliklər qaliblərə məxsusdur.

Uduş Fondu:

2 ədəd Robot tozsoran (Karcher)

2 ədəd iPhone 16 128GB

2 ədəd Xiaomi Redmi Pad 2 4/128 GB

2 ədəd Samsung Galaxy Buds Core White / SM-R410NZWACIS qulaqlıq

2 ədəd Smart Watch – Honor Choice Watch

2 ədəd Televizor LG 50UA75009LA.AMCN (127 sm, 4K UHD, Smart TV)

2 ədəd Paltaryuyan maşın LG F2V5HYLYJ.AMBPMER

2 ədəd Soyuducu LG GR-C342SLBB.DPZQMEA (No frost, ikiqapılı)

10 ədəd 1000 AZN-lik pul mükafatı

Əsas hədiyyə: 1 ədəd Dongfeng Shine GS Premium+

Tirajlı stimullaşdırıcı lotereyada uduşlu biletləri haqqında ətraflı məlumat “Gəncə Mall” Ticarət Mərkəzinin Instagram səhifəsi (mallganja_official) və rəsmi veb saytında (www.ganjamall.az) elan ediləcəkdir.

Lotoreyanın qaydaları ilə buradan tanış ola bilərsiniz.

Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+994 22) 267 08 21