4-cü Qaç-Qazan Müsabiqəsinin Qalibi Məlum Oldu!

6 Avqust tarixində keçirilən 4-cü Qaç-Qazan müsabiqəsinin qalibi Alkan Ramiqzadə oldu. Alkan, Qaç-Qazan müsabiqəsində Karaca Toss, Golden Rose, Hamilton, New Yorker, Acoola Kids, Bravo Supermarket, Lady Sharm, Go Sport, KFC, LC Waikiki mağazalarından bir qucaq hədiyyə qazandı.

Qaç-Qazan müsabiqəsinin digər 3 iştirakçısı isə Sabina Parfümeriya və Kosmetika, Cinema Plus və Flo – dan hədiyyələrə layiq görüldülər. Eyni zamanda, Qaç-Qazan müsabiqəsinin izləyiciləri ilə keçirilən Sual-Cavab müsabiqəsinin qalibləri McDonalds restoranı və Zeytun Bağları yağlarından hədiyyələr qazandılar.

Aparıcılarımızın geyimlərinə görə New Yorker mağazasına minnətdarlığımızı bildiririk. 

Növbəti Qaç Qazan müsabiqəsi 10 Sentyabr, 19:00-da keçiriləcəkdir. Hər birinizi iştirakçı olmağa dəvət edirik! Siz də 1000 AZN -lik alış-veriş uduşunu qaçırmaq istəmirsiniszə, 9 Sentyabr, 22:00-a kimi Gəncə Mall-a gələrək qeydiyyatdan keçə bilərsiniz.

Bildirmək istərdik ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur!

 Əlaqə nömrəsi: 022 267 08 21

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul, qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır.

Qeyd edək ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur! Müsabiqə ilə daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz:

 http://ganjamall.az/az/news/38  

Ötən müsabiqələrdən görüntülər: 

https://www.youtube.com/channel/UCMBSGLxL4i05qmYeabHebdA

Ötən müsabiqələr barədə ətraflı məlumat: http://ganjamall.az/az/news?page=1