Gəncə Mall-da 70%-ə qədər sezon sonu endirimləri davam edir!

Tədriclə isti və rəngarəng yayın sonuna gəldiyimiz, qısa zaman sonra isə qızılı payızı qarşılayacağımız bu günlərdə alış-veriş həvəskarları yay qarderobunu möhtəşəm sezon sonu endirimləri ilə tamamlamağı da unutmur. Ən çox gözlənilən sezon sonu endirimləri yayın son günlərini hesablı alış-veriş edərək dəbli görünüşlə keçirməyə, eyni zamanda da növbəti isti yay günləri üçün qarderobunuza zövqlü parçalar əlavə etməyə əla imkan yaradır.

Və budur, sizə inanılmaz xəbərimiz var – Gəncə Mall-da 5 AZN-dən başlayan qiymətlərlə sezon sonu endirimləri!

Klassik və modern kişi geyimlərinin tanınmış brendlərindən Damat və Süvari bəylər üçün yay kolleksiyasını xüsusi endirimlərlə təklif edir. Həm bəy, həm də xanımlar üçün hər zaman dəbli və sərfəli geyimlər təqdim edən Colin’s, DeFacto, OVS mağazalarında alış-veriş sezon sonu endirimləri ilə daha sərfəlidir. Ən çox sevilən brendlərdən NewYorker, LcWaikiki isə kütləvi endirimi ilə müştərilərin diqqət mərkəzində qalmağa davam edir. Gəncə Mall-da balaca qonaqlar üçün də xüsusi endirimləri davam edir. Original Marines, Acoola Kids və Bebetto-nun təklif etdiyi endirimli qiymətlərlə valideynlər övladlarını rahatlıqla bağça və məktəbə hazırlaya biləcək. Dəvətlər və özəl tədbirlər üçün ziyafət geyimi alan xanımlarımız isə Lady Sharma məxsus zərif donlarla bütün gecə göz qamaşdıracaq.

Həm özünüz, həm övladlarınız, həm də eviniz üçün sərfəli alış-veriş fürsətləri sezon sonu endirimləri ilə Gəncə Mall-da yolunuzu gözləyir!

Cibinizə uyğun məhsulları 70%-dək endirimlə təklif edən mağazaların tam siyahısı ilə keçiddən tanış ola bilərsiniz.