JYSK qapılarını üzünüzə açır!

Uzun karantin periodunun həyatımıza gətirdiyi çətinliklərlə yanaşı qazandığımız bəzi keyfiyyətlərin olduğunu da dana bilmərik. Bu dövr ərzində ən əsası evdə və ailələrimizlə zaman keçirməyi, həm sevdiklərimizə, həm də özümüzə zaman ayırmağı öyrəndik.

İsti yay günlərinin qapıda olduğu bu günlərdə isə daha rahat, bizə özümüzü daha xoş hiss etdirəcək tərzdə, həm dincəlmək, həm də işləmək üçün evimizdə gərəkli yenilikləri etməyin əsl zamanıdır. JYSK yeni kolleksiyalar və təklif etdiyi xüsusi endirimlərlə evinizə yeni abu-hava qatmağınız üçün sizə kömək etməkdən məmnunluq duyacaq!

25 may tarixinə kimi bağ mebellərinə aid edilən 28%-ədək endirimlərlə bağ evinizdə, həyətinizdə əsl açıq hava istirahətini yarada biləcəksiniz. İstehsal zamanı təkrar emala üstünlük verən JYSK zövqünüzü oxşayan əşyalar yaradarkən təbiəti və dünyanı qorumağı da diqqətdə saxlayır.

Yelləncəklər, qamaklar, çətirlər, divanlar, mətbəxiniz, ofisiniz, bir sözlə zamanınızı keçirəcəyiniz bütün məkanlar üçün istədiyiniz hər şeyi JYSK Gəncə Mall-da rahatlıqla tapa biləcəksiniz.

Artıq küçəyə açılan qapısı ilə rahatlıqla mağazaya daxil olub təklif olunan fürsətlərlə tanış olmağınız da mümkündür!